Azərbaycan “Translogistica Kazakhstan” beynəlxalq sərgisində təmsil olunacaq

2023.09.19 18:15 (UTC+04:00)

4-6 oktyabr tarixlərində Astanada 26-cı beynəlxalq “Translogistica Kazakhstan 2023” sərgisi keçiriləcək. Azərbaycan sərgidə milli pavilyonla təmsil olunacaq.

Tədbir təşkilatçılarının məlumatına görə, sərgi 30-dan çox ölkədən nümayəndə heyətinin iştirak edəcəyi Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində keçiriləcək.

Sərgidə həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialı və imkanları təqdim ediləcək.