Çinlə ticarət dövriyyəsinin həcmi 2 milyard dollara yaxınlaşır

2023.09.19 12:15 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 613 milyon ABŞ dolları və ya 45,5 faiz artaraq 1,96 milyard dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Çinə 67,1 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 30,97 milyon dollar və ya 85,7 faiz çoxdur.

Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 44,4 faiz və ya 582 milyon dollar artaraq 1,89 milyon dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çinlə ticarətin payı 5,52 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,69 faiz bəndi çoxdur.