Bu ilin yanvar-avqust aylarında ölkədə 2412,3 min ton həcmində sement istehsal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 3,6 faiz və ya 82,7 min ton üstələyir.
Cari ilin iyul ayı ilə müqayisədə isə avqustda istehsal həcmində 20,9 faiz və ya 55,8 min ton artım qeydə alınıb. Avqust ayında 323,2 min ton sement istehsal olunub. Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 62,1 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 8 ayında ölkədən 31,1 milyon ABŞ dolları dəyərində 546,8 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 10,8 milyon dollar və ya 53,4 faiz, həcm baxımından isə 99,1 min ton və ya 22,1 faiz çoxdur.
2023-cü ilin ilk 8 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,41 faizə bərabər olub.