Bu ilin yanvar-avqust aylarında xarici ticarətdə iştirak edən ölkələrin sayı 194, iştirakçıların sayı 53 480 olub.
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, xarici ticarət iştirakçılarının 44 346-sı fiziki, 9 134-ü hüquqi şəxs olub. Hüquqi şəxslərin 251-i dövlət, 8 883-ü özəl sektora aid olub.