Sahibkar Ayaz Ələkbərov bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 615 min manat vəsait əldə edib. Qusarda icra olunacaq layihə nəticəsində 21 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Fondun məlumatına əsasən, layihənin maliyyələşdirilməsi “Paşa Bank” ASC vasitəsilə həyata keçirilib.