Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 (yeddi) il müddətinə əldə etdikləri mənfəətin 50 (əlli) faizi mənfəət (gəlir) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Qeyd olunanlara əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda makaron məhsulları nəzərdə tutulduğu halda, müəssisənizə müvafiq vergi güzəştləri tətbiq ediləcəkdir.
Əsas: Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci 199.17-ci və 207.10-cu maddələri.