Yeddi ayda 41 yeni dövlət standartı qəbul edilib

2023.09.15 14:06 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 41 yeni dövlət standartı qəbul edilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında qəbul edilmiş standartların sayının ötən ilin analoji dövrü ilə müqayisədə 51,9% artdığı barədə məlumat verib.

Məlumata görə, yeni standartların qəbulu məhsul və xidmətlərin keyfiyyəti, uyğunluğu və təhlükəsizliyinin artmasını təmin edəcək.