Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, ötən il şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfədən çox - 626 mənzil təqdim edilib. Qeyd olunub ki, bu vaxtadək nazirlik tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlar ümumilikdə 6.654 mənzillə təmin ediliblər. Nazirlik rəsmisi əlavə edib ki, 2019-cu ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır.