2019-cu ildən indiyədək bağlanmış əmək müqavilələrinin sayı 350 mindən çox artıb

2023.09.14 14:06 (UTC+04:00)

2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350.888, qeyri-neft sektorunun özəl bölməsində isə 331.018 artıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda məlumat verib.

"Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5%-dən 49,7%-ə çatıb", - nazir əlavə edib.