2018-ci ilin dövlət büdcəsinin gəlirləri, proqnozlaşdırıldığı kimi Bakı şəhəri istisna olmaqla, ölkənin 33 şəhər və rayon üzrə xərcləri dövlət büdcəsindən vəsait almadan öz gəlirləri hesabına təmin edilib. Qalan 32 regionun gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 70 milyon 575 min manat məbləğində proqnoza qarşı 56 milyon 2 min manat və ya 79,4 faiz səviyyəsində yerinə yetirilib.
Hesablama Palatasının rəyində qeyd olunub ki, Füzuli, Zərdab və Zaqatala rayonları istisna olmaqla, digər rayonlar üzrə gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitlər proqnozlaşdırıldığından daha az həcmdə ayrılıb. Bu isə o deməkdir ki, bu rayonların yerli mənbələrdən əldə etdiyi gəlirlər artıb.