İçki və qida məhsullarının, tütün məmulatlarının istehsalı artıb

2023.09.14 16:23 (UTC+04:00)

Emal sənayesində 2023-cü ilin yanvar-avqust aylarında 11785,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,7 faiz, qida məhsullarının istehsalında 11,2 faiz, tütün məmulatlarının istehsalında isə 6,0 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 52,2 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,3 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 21,5 faiz, siqaret istehsalı 14,5 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,7 faiz artıb.