Xarici ticarət dövriyyəsinin 64 faizini ixrac məhsulları təşkil edib

2023.09.14 15:17 (UTC+04:00)

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26333,2 milyon ABŞ dolları təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9556,5 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 7220,2 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artıb. İdxal real ifadədə 8,0 faiz artıb, ixrac isə 0,7 faiz azalıb.