Kompüter, elektron və optik məhsulların istehsalı 80 faiz artıb

2023.09.14 11:50 (UTC+04:00)

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-avqust aylarında 148,2 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 80,4 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,7 faiz azalıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,1 dəfə, ölçmə cihazlarının istehsalı 98,4 faiz artıb, güc transformatorlarının istehsalı isə 6,9 faiz azalıb.