Tikinti materiallarının istehsalı artıb

2023.09.14 11:39 (UTC+04:00)

Tikinti materiallarının istehsalı 2023-сü ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 703,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dövr ərzində tikinti gipsinin istehsalı 96,4 faiz artıb.

Əhəng istehsalında 29,1 faiz, tikinti şüşəsinin istehsalında 22,9 faiz, beton istehsalında isə 13,6 faiz artım baş verib.