2023-cü il sentyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 4.000 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.
Yanvar-avqust aylarında kommersiya qurumlarının 63 faizi elektron qaydada, 37 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.