ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.
EIA-nın yenilənmiş “Short-Term Energy Outlook” hesabatına görə, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 630 min barel təşkil edəcək. Bu, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 10 min barel çoxdur.
EIA-ın yenilənmiş proqnozuna görə, 2023-cü ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcək. Bu, ötən ilin axırıncı rübünün göstəricilərindən 30 min barel azdır.
EIA Azərbaycanda neft hasilatının 2024-cü ildə artacağını və 2024-cü ilin 4-cü rübündə 650 min barelə çatacağını proqnozlaşdırır.