Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşları qəbul edəcək

2019.06.18 11:57 (UTC+04:00)

Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Göyçay şəhərində yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun şəkildə ifadə edən ərizə ilə müraciət etsinlər.