2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən verilən məlumata görə, respublika üzrə neft hasilatının 12,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil edib.
Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 sentyabr 2023-cü il tarixinədək 622,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 579 milyon ton neft, “Şahdəniz”dən isə 43,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 sentyabr 2023-cü il tarixinədək 620,2 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar- avqust ayları üzrə 4,2 milyon ton təşkil edib.