İşğaldan azad edilmiş ərazinin rezidentinin satışdankənar gəlirləri vergidən azad edilirmi?

2023.09.13 11:15 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi satışdankənar gəlirlərə aiddir.

Qeyd olunanlara əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti olan MMC-nin satışdankənar gəlirləri həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunmuşdursa, mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 227.5-ci maddələri.