"Etender.gov.az" portalı vasitəsilə 3270 elektron satınalma həyata keçirilib

2023.09.12 16:05 (UTC+04:00)

“Elektron satınalmalar dövlət satınalmalarında səmərəliliyi və şəffaflığı təmin edir, inzibati və əməliyyat xərclərini azaldır”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında elektron satınalmaların həcmi 621,8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21,1%-ni təşkil edib. Ötən ilin müvafiq dövri ilə müqayisədə elektron satınalmaların həcmi 18,9%, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5,7 faiz bəndi artıb.

Cari il ərzində "Etender.gov.az" portalı vasitəsilə ümumilikdə 3270 elektron satınalma həyata keçirilib.