Növbəti "Güzəştli mənzil"lərin tikinti işləri davam edir. Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumatda bildirilib ki, Xəzər sahilindən cəmi iki kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır. On bir çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2.962 ailəni mənzillə təmin edəcək.