Macarıstanla tərəfdaşlığın perspektivləri müzakirə edilib

2023.09.11 15:40 (UTC+04:00)

Macarıstana işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslər və yaşıl enerji layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.