Yerli biznes subyektlərinə dəstək üçün yeni məlumat platforması yaradılıb

2023.09.11 10:10 (UTC+04:00)

Körfəz ölkələrinin işgüzar dairələri ilə əməkdaşlığın qurulmasında və genişləndirilməsində maraqlı olan yerli biznes subyektlərinə dəstək üçün KOBİA tərəfindən yeni məlumat platforması yaradılıb.

Azərbaycan və Körfəz ölkələri arasında uğurla davam edən iqtisadi-ticarət əlaqələrini və əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərə alaraq, ölkələrimizin işgüzar dairələri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, yeni əməkdaşlıqların qurulmasına dəstək olmaq, bu sahədə KOB-ların rolunun artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni məlumat platforması yaradılıb.

Körfəz ölkələrinin biznes dairələri ilə əməkdaşlıq etmək, ticarət və investisiya sahəsində birgə layihələr və yeni təşəbbüslər reallaşdırmaq istəyən yerli KOB subyektləri aşağıdakı linkə daxil olmaqla sorğudan keçə bilərlər: https://bit.ly/3sILljQ

Sahibkarlardan daxil olan məlumatlardan Körfəz ölkələri ilə birgə keçiriləcək tədbir və sərgilərə yerli iş adamlarının dəvət olunması, ortaq layihə və təşəbbüslərdə yerli KOB-ların iştirakının təmin edilməsi və digər əməkdaşlıq tədbirləri üçün istifadə olunacaq.

Ətraflı məlumat və qeydiyyat zamanı dəstək üçün: (+994 12) 404 04 01 (daxili 201), Amaliya İsmayılova.