Südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

2023.09.08 17:34 (UTC+04:00)

“Tərtər Aqropark” MMC Sahibkarlığın İnkişafı Fondundan südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə 200 min manat güzəştli kredit əldə edib.

Fonddan verilən məlumata görə, layihənin maliyyələşdirilməsi "Bank of Baku" ASC vasitəsilə həyata keçirilib.