Aktiv vergi ödəyicilərinin sayı artıb

2023.09.08 16:02 (UTC+04:00)

Sentyabr ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 745,6 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 9,3 faiz artıb və 43,6 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 5,0 faiz artaraq 198,7 minə çatıb.