Stomatoloji xidmətlərə görə ödənilən məbləğlərdən ƏDV-nin geri qaytarılması mümkündürmü?

2023.09.12 12:30 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə diş həkimi tərəfindən sizə nəzarət-kassa aparatı çeki təqdim edilməlidir və stomatoloq ƏDV qeydiyyatında olduğu halda, əldə etdiyiniz tibbi xidmətlərə görə ƏDV-nin geri qaytarılması həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi.