Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

2023.09.07 18:12 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink ilə Azərbaycan-AYİB əlaqələrinin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.