Moskva vilayətindən Azərbaycana quş əti ixracı artıb

2023.09.07 15:36 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Rusiyanın Moskva vilayəti Azərbaycana quş əti tədarükünü 56 faiz artırıb.

Rusiya KİV-in məlumatına görə, Özbəkistana analoji məhsulların ixracı 122 faiz, Serbiyaya isə 82 faiz artıb.

Ümumilikdə, yeddi ay ərzində Moskva vilayətindən 140,2 milyon dollar dəyərində 56,5 min ton quş əti ixrac edilib. İyul ayının nəticələrinə görə, Moskva vilayəti quş əti ixracına görə Rusiya Federasiyasında birinci yeri tutub.