Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkə idmançılarını ilin uğurlu yekunu ilə bağlı təbrik edib. Tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib.
Vergilər Nazirliyinin Audit departamentinin Operativ nəzarət şöbəsinin əməkdaşı – kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası, əməkdar məşqçi Azər Aslanov idmanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Fəxri Diplomla mükafatlandırılıb.