Yevlax Pilot Aqroparkda iki fərdi sahibkara rezident statusu verilib

2023.09.06 16:09 (UTC+04:00)

Yevlax Pilot Aqroparkda fərdi sahibkarlar Bəxtiyar Əsgərov və Əhməd Muradova rezident statusu verilib. Rezidentlər tərəfindən 37,3 hektar sahədə investisiya həcmi 327 min manat olan intensiv meyvə bağları salınacaq, 12 nəfər daimi, 28 nəfər isə mövsümi işlə təmin ediləcək.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.