Aqrar sahədə subsidiyalar dövlət reyestrindən çıxarış əsasında veriləcək

2023.09.05 17:28 (UTC+04:00)

2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev deyib.

Onun sözlərinə görə, bu səbəbdən vətəndaşlar bu çıxarışları əldə etmək üçün müvafiq dövlət qurumuna vaxtında müraciət etməlidirlər.