Satınalan təşkilatlardan daxil olan 5253 yekun protokol təhlil olunub

2023.09.05 16:03 (UTC+04:00)

2023-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 5253 yekun protokol təhlil olunub.

Dövlət Xidmətinin məlumatına əsasən, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 725 yekun protokol qurum tərəfindən ləğv edilib.