“Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsi kifayət qədər yüksəkdir”.
Bu sözləri “Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına “GM Global Group” beynəlxalq ticarət və broker konsaltinq şirkətinin qlobal prezidenti Ahmet Kaya deyib.
İqtisadi əməkdaşlığın daha böyük inkişaf perspektivlərinin olduğunu vurğulayan A.Kaya Türkiyə və Azərbaycan iş adamları arasında ortaq əməkdaşlıq platforması hazırlamağın vacibliyini qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə sahibkarları dünya bazarında böyük uğurlar qazana bilər.