Dividend gəlirlərinə hansı vergi güzəşti tətbiq olunur?

2023.09.06 09:45 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) resident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd olunanlara əsasən, MMC-nin iştirakçıları olan fiziki və hüquqi şəxslərin dividend gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 102.1.11-1-ci və 106.1.14-1-ci maddələri.