Azərbaycanda energetika sahəsində fəaliyyət göstərən müəssisələrin sayı artıb. “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2018-ci ildə energetika sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 381 olduğu halda, 2022-ci ildə belə müəssisələrin sayı 463-ə yüksəlib.
Bu müəssisələrin istehsal etdiyi məhsulların dəyəri də ötən dövrdə artıb. 2018-ci ildə energetika sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların dəyəri 39 418 milyon manat, 2022-ci ildə isə 71 657 milyon manat olub. Keçən il energetika sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal olunmuş sənaye məhsulunun ümumi həcmindəki xüsusi çəkisi 82,9 faiz olub.