ÜDSY-nin məbləği 28,4 faiz artıb

2023.09.04 10:29 (UTC+04:00)

2023-cü ilin avqust ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 28,4 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, beləliklə, ötən ilin avqust ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 369,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 474,4 manat təşkil edib.