İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində daha bir görüş keçirilib.
Nazir sosial şəbəkə hesablarında etdiyi paylaşımda Envision Energy şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr aparıldığını yazıb.