"Pekin şəhərində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində iştirak etdik. Qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.