Yeddi ayda 100,36 milyon ABŞ dolları dəyərində polietilen ixrac olunub

2023.09.01 16:16 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədən 100,36 milyon ABŞ dolları dəyərində 97,3 min tondan çox ilkin formalarda polietilen ixrac olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər olaraq 16,85 milyon dollar və ya 20,2 faiz, həcm ifadəsində isə 36,6 min ton və ya 60,4 faiz çoxdur.

Cari ilin ilk yeddi ayında polietilenin ümumi ixracda xüsusi çəkisi 0,48 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5 faizə bərabər olub.