Çinlə istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi imzalanıb

2023.09.01 12:59 (UTC+04:00)

“Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri cənab Cenq Şanciye ilə Azərbaycan-Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərimizi bölüşdük”.

Sosial şəbəkə hesablarında bu barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov əlavə edib ki, görüş çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin icrası ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.