Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq istiqamətləri müzakirə olunub

2023.09.01 11:04 (UTC+04:00)

“Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə Azərbaycanın AİİB ilə əməkdaşlıq istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi imkanları və birgə fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.