Güzəştli vergi tutulan ölkələrin yeni siyahısı təsdiqləndi

2019.06.14 17:43 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı fərmanla güzəştli vergi tutulan ölkələrin yeni siyahısını təsdiq edilib. Fərmana əsasən, həmin ölkələrin sayı 40-dan 37-ə endirilib. Antil Adaları (Niderland), Bəhreyn, Kosta-Rika, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları bu siyahıdan çıxarılıb. Yeni siyahıya Fici, Kabo Verde, Tailand, Tayvan (ÇXR), Trinidad və Tobaqo əlavə edilib.

Güzəştli vergi tutulan ölkələrin yeni siyahısı belədir: Andorra, Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Barbados, Beliz, Bermud, Britaniya Vircin adaları, Cersi, Cəbəlüttariq, Dominika, Fici, Honq-Konq (ÇXR), Kabo Verde, Kayman adaları, Kuk adaları, Qrenada, Liberiya, Lixtenşteyn, Maldiv adaları, Marşal adaları, Monako, Montserrat, Niue, Palau, Panama, Samoa, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Tailand, Tayvan (ÇXR), Törks və Kaykos adaları, Trinidad və Tobaqo, Vanuatu, Vircin adaları (ABŞ).