Son illərdə peşəkar mühasib sertifikatının alınması aktuallaşıb. Artıq bu sahədə tədris vəsaitlərinin dərc edilməsinə başlanıb.
“Peşəkar Mühasib Sertifikatı - II mərhələ” adlı yeni kitab Bakı Karyera Mərkəzində hazırlanıb. Kitabin müəllifi vergi qanunvericiliyi üzrə təlimçi Təhməz Qaçayevdir.
Vəsait peşəkar mühasib sertifikatını əldə etmək üçün imtahanların II mərhələsinə hazırlaşan namizədlər üçün nəzərdə tutulub. Kitabda vergi qanunvericiliyinə dair testlər, məsələlər və onların izahları yer alıb. Kitabda ümumilikdə 900 ədəd test tapşırığı, 300 ədəd məsələ tapşırığı, 10 ballıq məsələ tapşırıqları, 20-dən çox izahlı nümunələr öz əksini tapıb.
Kitabı yalnız Bakı Karyera Mərkəzindən əldə edə bilərsiniz. Rayonlara çatdırılma mövcuddur.
Ünvan: Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 44
Tel: 051 658 18 58