Meyvə və giləmeyvə istehsalında artım var

2023.08.31 16:16 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 1 242,8 min ton meyvə və giləmeyvə istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1,9 faiz və ya 6 min ton artıb.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda artım 16,9 faiz və ya 22,2 min ton təşkil edib. İyul ayında 153,8 min ton meyvə və giləmeyvə istehsal olunub.