Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

2019.06.14 16:40 (UTC+04:00)

İyunun 14-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, həmçinin vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.