Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ixrac olunan mallara 41 155 ədəd mənşə sertifikatı verilib.
Xidmətdən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə bu göstərici 23,4 faiz artıb.