İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə maliyyə sanksiyasının tətbiq olunmasına əsas vermir.
Qeyd olunanlara əsasən, elektron ticarət qaydasında satılmış telefon aksesuarının fərdi sahibkarın pərakəndə satış ticarət obyektinə məxsus anbardan təqdim edilməsi zamanı satıcıya maliyyə sanksiyası tətbiq olunmur.
Əsas: Vergi Məcəlləsinin 58.13-cü maddəsi