Bu ilin yanvar-iyul aylarında ölkədə 173,0 min ton polad borular istehsal olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə polad boruların istehsal həcmi 2,8 dəfə və ya 110,4 min ton artıb.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində 19,4 faiz və ya 5 min ton artım qeydə alınıb. İyul ayında 30,8 min ton polad borular istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 0,7 min ton təşkil edib.