Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Koreya ilə ticarət dövriyyəsinin ümumi həcmi 96,2 milyon ABŞ dolları və ya 69,4 faiz artaraq 234,9 milyon dolları üstələyib.
"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 7 ayında Azərbaycandan Koreyaya 257,23 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 5,4 dəfəyədək və ya 209,43 min dollar çoxdur.
Koreyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 69,2 faiz və ya 96 milyon dollar artaraq 234,65 milyon dollar təşkil edib.
Cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Koreya ilə ticarətin payı 0,77 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,31 faiz bəndi çoxdur.