Bir səhmdar cəmiyyətinin səhm paketi və 16 nəqliyyat vasitəsi özəlləşdirilib

2023.08.30 13:30 (UTC+04:00)

Avqustun 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac keçirilib.

Xidmətdən verilən məlumata görə, hərracda "Anar” ASC-nin 30 faizlik səhm paketi satılıb.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 400 manat olsa da, ən son təklif 25 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3 250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4 550 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq olar.